Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pul bakteriya mənbəyidir – “Heç unitazda o qədər bakteriya olmur”

  • 2019.10.02 12:51
  • 6043 Baxış
Pul bakteriya mənbəyidir –  “Heç unitazda o qədər bakteriya olmur”
Yoluxucu xəstəliklərin əksəriyyəti pul vasitəsilə keçir. Pulların əldən-ələ bakteriyalar keçirməsi artıq hər kəsə məlumdur.


Medicina.az sizə Türkiyəli həkim-professor  Mustafa Tayarın bu barədə fikirlərini təqdim edir:


"Həyatda gigiyenik tədbirlər bizi xəstəliklərdən qoruyan ən vacib qabaqlayıcı vasitədir. Biz mütəmadi olaraq tualetdən çıxdıqdan sonra əllərimizi yuyuruq, lakin unutduğumuz bir məqam var ki, yuduğumuz əllər gün ərzində toxunduğumuz fərqli-fərqli yerlərdən də bakteriyalar götürə bilər. Əhəmiyyət vermədiyimiz ən vacib bakteriya mənbəyi isə puldur. Kağız və metal pullar gün ərzində əldən-ələ keçir. Etdiyimiz bir çox xərcləmələrdə pullara toxunuruq.

Kağız pullar vasitəsilə əlimizə keçən bakteriyaların fəsadları:


- Bizdən əvvəl kimsə əlini yumayıbsa və ya hər hansı bir yoluxucu xəstəliyin daşıyıcısıdırsa, əlimizə aldığımız həmin pullar vasitəsilə bakteriyanı qəbul etmiş oluruq; - Əgər puldan istifadə edən şəxs tualetdən çıxdıqdan sonra əl yumaya vərdiş edən biri deyilsə, onun bağırsaqlarındaki bakteriyalar əlimizə götürdüyümüz pul vasitəsilə bizə də ötürülür - Qarşı tərəfin yoluxucu xəstəliyi varsa, həmin xəstəlik pullar vasitəsilə bizə keçir

Bu bakteriyaların pullarda canlı qalma müddəti və xəstəlik yaradabilmə qabiliyyətləri uşaqlarda, hamilə xanımlarda, xəstələrdə və immun sistemi zəif olan insanlarda daha yüksəkdir."


Pullar daha təhlükəlidir, yoxsa unitaz qapağı?


"Uşaqlar pullarla təmas zamanı daha çox bakteriya qəbul edirlər. Bu məsələdə edə biləcəyimiz ən vacib tədbir uşaqlarımıza gigiyena qaydalarını öyrətməkdir.


Xüsusilə vurğulamaq istərdim ki, alış-verişlərini maaş kartlarından istifadə edərək reallaşdıran inkişaf etmiş ölkələrdə insanlar pulla nadir hallarda təmasda olurlar. Və buna görə də həmin ölkələrdə pul vasitəsilə bakteriya keçməsi kimi hallara  çox az rast gəlinir.


Pula toxunduqdan sonra qida məhsulları almazdan əvvəl əllərinizi mütləq yuyun. Və ən vacibi isə satıcıya diqqət edin. Çünki meyvə-tərəvəz satılan marketlərdə bakteriya əl vasitəsilə həmin məhsullara keçir. İstənilən halda aldığınız qida məhsullarını yaxşı-yaxşı yuduğunuzdan əmin olun.

Araşdırmalara görə, kağız pulun 1 sm-də 26 minə qədər bakteriya var. Evinizdəki unitaz qapağında yaşayan bakteriya sayı isə kağız pul və istifadə etdiyiniz mobil telefonunuzdankından daha azdır".