Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pul və var-dövlət ömrü uzatmağa təsir etmir – Varlı və kasıb arasında fərq

  • 2018.10.31 19:01
  • 11779 Baxış
Pul və var-dövlət ömrü uzatmağa təsir etmir –  Varlı və kasıb arasında fərq
Yeni elmi tibbi araşdırma bu dəfə az və çoz gəlirli insanların ömür müddəti arasında fərq olub-olmamasına həsr olunub.

 


Medicina.az xəbər verir ki, Amerika Tibb jurnalında dərc olunan Harvard Universitetinin elmi məqaləsində bildirilirdi ki,  yüksək gəliri olan 45 yaşından yuxarı amerikalılar daha az gəliri olan həmyaşıdlarından minimum 6-7 il çox yaşayır. Bu qədər fərq olmasının elmi sübutu ABŞda sosial bərabərsizlik və ədalətsizlik baxımından xeyli müzakirə olunmuşdu. 


Lakin Daniya iqtisadçıları yeni metodla yeni hesablamalar apararaq sübut ediblər ki, amerikalı alimlərin gəldiyi o qənaət adekvat deyil.  Reallıqda isə faktlar və rəqəmlər ayrıdır. Onlar 1983-2013-cü illər arasında ölkə əhalisinin gəlir və ölüm statistikasını incələyiblər. 


Nəticələr göstərib ki, 40 yaşından sonra gəliri artan və yaxşı qazanan daniyalının orta ömrü 77 yaş təşkil edib. Onunla eyni yaşda olan daha az gəlirli, kasıb daniyalının isə orta ömür rəqəmi 75 yaş olub. Fərq cəmi 2 ildir ki, bəzən kasıb daniyalı da 77 yaşına kimi yaşayıb və ya əksinə. Bu həm kişilər, həm də qadınlar üçün eyni göstəricidir. 


Bu təcrübəyə əsaslanaraq demək olar ki, varlı və çox pul qazanmaq heç də uzun ömür sürmək şansına sahib olmaq imkanı vermir. 

Alimlər insanların daha çox uzun ömür sürməsinin səbəblərini savadlanma, maariflənmə, xəstəliklərin müasir diaqnostika ilə daha tez aşkarlanması və yeni texnologiyalarla müalicə olunmasında görür. İnkişaf etmiş ölkələrdə isə istər varlı, istər orta gəlirli təbəqə uçun rutin müayinə və müalicə imkanları eynidir.