Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Psixoz və nevrozlar üçün pəhriz

  • 2023.11.07 15:32
  • 2593 Baxış
Psixoz və nevrozlar üçün pəhriz

Amerika alimləri bağırsaq mikroflorası ilə psixi sağlamlıq arasında əlaqənin olduğunu əsas gətirərək, psixi sağlamlığı artıracaq qida pəhrizini müəyyən edib.


"Medicina" xəbər verir ki, post travmatik sindromu olan 190 qadın üzərində aparılan təcrübə göstərib ki, onların bağırsaq mikroflorasında faydalı mikroblar azdır və onlar Aralıq dənizi pəhrizinə demək olar, əməl etməyiblər.


Eubacterium eligens və Akkermansia muciniphila kimi spesifik mikrob növlərinin stress və təşvişdən qorunmaqda rol oynadığını bildiriblər.
Alimlər bunun üçün Aralıq dənizi pəhrizi növündə dieta və qidalanmağı tövsiyə edib.

Məhz belə pəhizlərə əməl etdikdən sonra, 48% işçtirakçıda postrravmatik stress simptomları azalıb.

Aygün Musayeva