İşkolik olmaq alkoqolizmə oxşar olan asılılıq növlərindən biridir.
Medicina.az xəbər verir ki, bunu klinik psixoloq Daria Salnikova bildirib.
“İnsan işləyib nəticə əldə etdikdə asılı vəziyyətə düşə bilir. Çünki bu zaman müəyyən dozada dopamin qəbul etmiş kimi olur”.
Həkim işkolik insanları belə təsvir edib:
* İşsiz yaşaya bilməzlər.
* Onlar daim özlərini məşğul edirlər.
* Necə dincələcəklərini bilmirlər.
* Ailələri ilə zaman keçirmirlər.
* Həmişə özlərinə görəcək nə isə bir iş tapırlar.
"Çünki əldə etdikləri dopamin onları irəliləməyə məcbur edir", deyən Salnikova əlavə edib ki, “işgüzarlıq” və “işkoliklik” anlayışlarını bir-birindən ayırmaq lazımdır. Çünki işləmək istəyi müsbətdir, işləməkdən asılılıq isə problemdir.
“Belə insanlar onlar sosial həyatda problemlər yaşayırlar: ailə və dostluq əlaqələri pozulur. Bundan əlavə, bədənə istirahət vermədikləri üçün daim fiziki və psixoloji gərginlik altında olurlar. Və buna görə də müxtəlif xəstəliklərə tutulurlar. Belə insanlarda depressiya da tez-tez müşahidə edilir”, - deyə psixoloq izah edib.
Mütəxəssisin sözlərinə görə, bu asılılıqdan qurtulmağın yolları var:
“Əvvəlcə belə bir probleminizin olduğunu etiraf etməlisiniz. Sonra özünüz və ya bir mütəxəssisin köməyi ilə bu problemin həlli üzərində işləməlisiniz. Bəzən heç nə etmədən dayanmalı, dincəlməli və bunun üçün özünüzü günahlandırmamalısınız".
Aysel