Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Psixiatriya Xəstəxanasında pasiyenti kim döyüb? - DİN-dən AÇIQLAMA

  • 2024.08.16 12:50
  • 1791 Baxış
Psixiatriya Xəstəxanasında pasiyenti kim döyüb? -  DİN-dən AÇIQLAMA
1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyindən Medicina.az -a bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.


“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, - açıqlamada vurğulanır.

Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.