Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.
Bu barədə
Medicina.az -a Nazirlikdən xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyindən bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.