Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Psixiatra getməli olduğunuzu göstərən 18 ƏLAMƏT

  • 2020.10.14 16:19
  • 2570 Baxış
Psixiatra getməli olduğunuzu göstərən    18 ƏLAMƏT


Elə hesab edirsiz ki, psixiatra ancaq ruhi xəstələr və şizofreniya xəstəliyi olanlar müraciət edir?
Əslində hər birimiz həyatımızın müəyyən dönümündə onlara müraciət edə bilərik və etməliyik?


Medicina.az hansı problem və simptomlarda getməli olduğunuz şəxsin psixiatr olduğunu təqdim edir.

Psixi pozulmalar yüngül, orta və ağır ola bilər. Ən yüngül formada belə bu xəstəliklərin həkimi psixiatrdır.

1. Patoloji olaraq 2 aydan çox davam edən qəm, kədər, ağlamaq hissi
2. Düşüncə, fikir və diqqətin yayınması
3. Həddən artıq təşviş, həyəcan, günahkarlıq hissi
4. Əhvalın gün ərzində qəfil dəyişməsi, depressiya və ya sərxoşcasına kimi eyforiya
5. İşindən, təhsilindən yayınma, dostlardan uzaqlaşmaq
6. Yuxu problem
7. Yorğunluq, əzginlik, gündəlik işləri görməmək
8. Problemlər qarşısında acizlik
9. Seksual istəyin tamam itməsi

10. Aqressiya, qorxu, düşmənçilik, nifrət hissinin digər hisslərdən çox olması
11. İntihar barədə düşüncələr
12. İçki, siqaret, qumara qurşanma
13. Reallıqdan uzaqlaşıb, olmayan aləmlərdə qalmaq
14. Hallüsinasiya, illuziya

15. Başda, qarında, ürək nahiyədə ciddi fiziki səbəbi olmayan ağrı, sancılar
16. Aclıq hissi – qarşısı alınmadan yemək, doymaq hissinin olmaması və ya əksinə iştahın tam itməsi
17. Arıqlama
18. Özündə müxtəlif xəstəliklər axtarmaq


Statistikaya görə, dünyada hər 5 insandan biri psixo emosional pozulamalar keçirir və bu ciddi fiziki xəstəlik deyil. Psixi problemləri vaxtında aradan qaldırmaq lazımdır.

Əgər psixoloji problemləriniz varsa, depressiyadan əziyyət çəkirsizsə, MEDİ PLUS klinikasının həkim psixoterapevti Rəna xanıma müraciət edə bilərsiniz
Qısa müddətdə bir çox problemləri həll edəcəksiz

Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

Tel: 055 252 45 94;
012 434 59 36