Prostat xərçəngi ilə məşğul olan ingiltərəli mütəxəssislər belə düşünürlər ki, kişilər arasında ən çox rast gəlinən məhz bu xərçəng növüdür. Xəstəlik ölümcül ola bilər, lakin erkən əlamətlər onu tez aşkarlamağa kömək edir.
Medicina.az məlumatına görə, mütəxəssislər bildirir ki, ümumiyyətlə kişilərin qadınlara nisbətən həkimlərə müraciət etmə ehtimalı yüzdə 20 daha azdır. Lakin simptomları müzakirə etmək xoşagəlməz görünsə belə, vaxtında həkimə getmək həyatı xilas edə bilər.
Prostat xərçəngi yavaş-yavaş inkişaf etdiyindən pasiyent uzun müddət bundan xəbərsiz ola bilər. Mütəxəssislər kişilərə sidik vərdişlərindəki hər hansı bir dəyişikliyə xüsusi diqqət yetirməyi tövsiyə edirlər:
"Sidiyə getmədə çətinlik və ya ağrı, prostat xəstəliyi və ya xərçəngin digər bir növünün əlaməti ola bilər. Prostat böyüdükdə, uretraya təzyiq ola bilər və bu da sidiyə getməni çətinləşdirə bilər".
Məlumata görə, kişilərdə daha tez-tez sidiyə getmək istəyi, idrar zamanı gərginlik hissi müşahidə oluna bilər. Və ya onlar tualetdən istifadə etdikdən sonra kisənin tamamilə boş olmadığını hiss edə bilərlər.