Xərçəng çox vaxt qeyri – adi əlamətlərlə özünü göstərə bilər.
Prostat xərçəngi də uzun illər özünü simptomsuz biruzə verir.
“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə, prostat xərçənginin simptomları adətən xərçəng sidik kisəsindən uretraya təzyiq etməyənə qədər görünmür.
Mütəxəssisin fikrincə, aşağıdakı simptomlara diqqət yetirmək lazımdır:
Tez-tez sidiyə getmə (gecələr daha çox)
İdrar etməyə başlamaqda çətinlik
Gərginlik və ya uzun idrar
Zəif axın
Sidik kisəsinin tam boşalmadığını hiss etmək
Sidikdə qan və ya spermada qan.
“Kişilər yaşlandıqca, prostat vəzləri xoşxassəli prostat böyüməsi adlanan qeyri-xərçəng vəziyyətinə görə böyüyür.
Bu, 50 yaşdan yuxarı kişilərdə tez-tez rast gəlinir və oxşar simptomlara səbəb ola bilər. Bu xoş xassəli vəziyyətin müalicəsi var.
Sümük və bel ağrıları, iştahsızlıq, xaya ağrısı və istəmədən kilo itkisi xərçəngin yayıldığını göstərən əlamətlər ola bilər. Bunun üçün zamanında həkimə müraciət etmək lazımdır”.
Günay Quluzadə