Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prostat xərçəngində - Nanobıçaq sınaqdan keçirilir/FotoYENİ ERA

  • 2018.04.24 12:47
  • 13881 Baxış
Prostat xərçəngində   - Nanobıçaq sınaqdan keçirilir/Foto YENİ ERA
Kişilər arasında dünyada ən geniş yayılmış onkoloji xəstəlik, prostat xərçəngidir. Uroloji xəstəxana pasiyentlərinin 1/4 hissəsi bu xəstəlikdən əziyyət çəkir.


Medicina.az oxu.az-a istinadən xəbər verir ki, son illərə kimi bu xəstəliyin cərrahi yolla müalicəsi, prostatın bədəndən kənarlaşdırılmasından ibarət olub.


Ancaq ən yeni texnologiya olan – nanobıçaq yalnız şişli hüceyrələri məhv edərək, orqanın qorunub saxlanılmasına yol açır.


Yeni metodun kliniki sınaqları Rusiyanın İ.M.Seçenyov adına Birinci Moskva dövlət tibb universitetində aparılır.


Bir neçə gün əvvəl pasiyentin prostat vəzisində olan şişi nanobıçağın vəsitəsi ilə yandırıblar. Bu texnologiya hələlik dünyanın heç bir yerində müalicə protokoluna daxil edilməsə də, Rusiya ilə yanaşı Britaniya, Niderland və ABŞ-da sınaqdan keçirilir.

 


Nanobıçaq vasitəsi ilə aparılan cərrahi əməliyyat necə aparılır?


Əməliyyatdan öncə pansiyent "füjn-biopsiya” ultrasəs müayinəsindən və maqnit-rezonans tomoqrafiyasından keçir. Həkimlər prostatda olan şişli sahələri dəqiq müəyyən etməlidir. Daha sonra həmin hissədən biopsiya müayinəsi üçün nümunə götürülür. Yalnız bu proseduralardan sonra nanobıçaqdan istifadən edən cərrahlar şişin yerini müəyyən edə bilir.

 

Prostat xərçəngində   - Nanobıçaq sınaqdan keçirilir/Foto YENİ ERA