Prostat vəzi xərçəngində nar suyunun effektiv olması barədə bir sıra elmi araşdırmaların nəticələri əldə olunub.
Medicina.az xəbər verir ki, təcrübələrdə iştirak etmiş müxtəlif yaş qrupunda xərçəng xəstələri arasında rasionuna təzə nar şirəsi daxil edənlərdə şiş hüceyrələri azalmış, metastaz baş verməmiş. İlkin mərhələdə aşkar olunmuş prostat xərçəngində isə effektiv müalicə əldə olunmuşdur.
Təbii ki, xəstələr xəstəliyə uyğun tibbi müalicə də alırdılar.
Ona görə prostat vəzin sağlamlığının qeydinə qalmaq istəyən kişilər həftədə 2-3 dəfə təzə sıxılmış nar şirəsi içməyə başlasınlar. Nar şirəsini birbaşa yox, bir az su ilə qataraq için.