Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prostat xərçəngi simptomsuz ola bilər

  • 2023.07.20 17:25
  • 1801 Baxış
Prostat xərçəngi simptomsuz ola bilər
Prostat xərçəngi illərlə asimptomatik inkişaf edə bilər. 45 yaşdan sonra kişilər mütəmadi olaraq, çanaq orqanlarının müayinəsindən keçməlidirlər.


“Medicina” xəbər verir ki, onkoloq Aleksandr Seryakovun sözlərinə görə, prostat xərçəngi adətən, yavaş inkişaf edir, aylar və hətta illərlə prostatda qala bilər. Zamanla, müalicə edilmədən böyüyən şiş ölçüsünü artırır və yaxınlıqdakı orqanlara təzyiq göstərməyə başlayır.

“Bir çox hallarda məhz bu mərhələdə kişilərdə xoşagəlməz simptomlar yaranır və həkimə müraciət etmək barədə düşünürlər.


Mümkün prostat xərçəngini göstərən əlamətləri:

• Müxtəlif sidik pozğunluqları.
• Qarının aşağısında ağrı.

• Qasıq nahiyəsində ağrı.
• Ereksiya pozğunluqları.

• Rektal bölgədə təzyiq hissi.
• Sidikdə qan izləri.

Kişilərdə prostat xərçəngi riski 45 yaşdan sonra əhəmiyyətli dərəcədə artır. Bundan əlavə, irsiyyət, hərəkətsizlik və piylənmə, çanaq orqanlarının xəstəlikləri həssaslığa təsir göstərir. 50 yaşına yaxınlaşan kişilərə bu xərçəngi yoxlamaq üçün lazımi analizlərdən keçmək önəmlidir”.


Günay Quluzadə