Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prokurorluq arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı araşdırmalara başlayıb

  • 2017.11.02 17:02
  • 11798 Baxış
Prokurorluq arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı araşdırmalara başlayıb
Bakıda arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı materiallar Sabunçu rayon Prokurorluğuna göndərilib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Report-a bildirib ki, hazırda məsələ ilə bağlı ekspertiza aparılır.


Xatırladaq ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.


Mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyərək vəfat edib.


Qeyd edək ki, mərhumun dekabr ayının sonu üçün toyu olacaqmış.