Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Professor xəstəxanalara rüşvətlə yerləşdirilmə faktından danışdı

  • 2020.12.05 11:45
  • 1569 Baxış
Professor xəstəxanalara rüşvətlə yerləşdirilmə faktından danışdı

"Bu məsələ mütləq araşdırılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusu ilə bağlı xəstəxanalara xəstələrin rüşvət hesabına yerləşdirilməsi haqda deyilənlərə aydınlıq gətirərkən deyib. Professor belə halları pislədiyini vurğulayıb:

"Mən bu cür halları pisləyirəm. Bunlar çətinliklərdən yaranır. Yəqin, belə faktlar var ki, çamaat danışır. Bununla bağlı araşdırılma aparılmalıdır".

Adil Qeybulla qeyd edib ki, xəstəxanalarda xəstə çox olanda, kollektiv çətinliklər yarananda belə neqativ hallara yol açılır.