Koronavirus bəlasından nə zaman qurtulacağımız, maskadan nə zaman çıxacağımız hamını maraqlandırır.
Medicina.az xəbər verir ki, türkiyəli professor Mehmet Ceyhan mövzu ilə bağlı önəmli açıqlamalar verib.
"ƏN YAXŞI EHTİMAL PAYIZDIR"
"Yoluxma sayını görüb tədbirləri yumşaltmaq olmaz. Ən yaxşı ehtimal payızda, pis ehtimal isə ilin sonunda pandemiyanın bitməsini görə bilərik. Vaksinasiyadan sonra yoluxma sayında dalğalanmalar olmayacaq. İkinci dozada “bundan qurtulduq” deyə bilərik. Üçüncü doza ilə bağlı insanlarda narahatlıq olmasın. Bununla bağlı dəqiq araşdırma yoxdur. Vaksinasiya ilə bundan qurtulacağıq, amma xaricdən yenidən virusun gəlməsi mümkündür. Ona görə də sərhədləri qorumaq vacibdir”.
"VAKSİNASİYA SAYI DEYİL, SÜRƏTİ ÖNƏMLİDİR”
“Nə qədər insanın vaksin vurdurması deyil, hansı sürətdə icra edildiyi önəmlidir”.
MASKADAN NƏ ZAMAN QURTULACAĞIQ?
“Yoluxma sayı müəyyən rəqəmə enərsə, maskaları çıxara bilərik. ABŞ-da vaksin olunanlar ictimai yerdə maskasız gəzirlər”.
YOLUXMA SAYININ ENMƏ SƏBƏBİ
“Dünyada yoluxmalar vaksinasiya və məhdudiyyətlərə aid olmadan enir. Bunun səbəbi doyma nöqtəsinə çataraq piki yaşamasıdır. Hər kəsdə immunitet yarandığı üçün 3 aylıq qorunma dönəminə girir və yoluxma düşməyə başlayır”.