Braziliyanın keçmiş зrezidenti Jair Bolsonaronun COVID seritifikatının saxta olduğu aşkar olunub.
"Medicina" xəbər verir ki, onun sertifikatındakı məlumatların saxtalaşdırılması ilə bağlı apardığı araşdırmanın nəticəsi rəsmən elan ediıib.
Sertifikatda qeyd olunur ki, COVID-19 skeptiki keçmiş prezident Bolsonaro 2021-ci ilin iyulunda peyvəndin bir dozasını qəbul edib.
İstintaqın nəticəsinə görə isə keçmiş prezident bir gün əvvəl artıq şəhəri tərk etmişdi və üç gün sonra Braziliyadan gedib.
Eyni zamanda sertifikatda Bolsonaroya peyvənd vuran tibb bacısın adı qeyd olunub, ancaq istintaq zamanı həmin tibb bacısı bunu inkar edib və bildirib ki, o, artıq həmin vaxt tibb mərkəzində işləmirdi.
Brazilyanın sabiq prezidenti peyvəndlərin effektivliyini inkar edib və peyvəndin QİÇS-ə yoluxmaya səbəb olacağ iddiaları ilə yadda qalıb.
Aygün Mustafayeva