Uruqvay Prezidenti Tabare Vaskesin ağciyərində bədxassəli şiş aşkarlanıb. Medicina.az-ın məlumatına görə, bu barədə "El Pais” nəşri yazıb.
Uruqvay lideri, ağciyər xərçənginə tutulmasına baxmayaraq, özünü yaxşı hiss etdiyini bildirib. Vaskes onu da əlavə edib ki, lazımi analizlərin verilməsi və əlavə müayinələrdən keçməsi üçün o bir neçə gün klinikada qalmalı olacaq.
Qeyd edək ki, T. Vaskes ilk dəfə 2005-2010-cu illərdə Uruqvaya rəhbərlik edib. 2014-cü ildə vətəndaşlar onu yenidən bu posta seçib.