Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prezident və xanımı xəstəxananın açılışında iştirak edib

  • 2018.03.27 11:38
  • 16058 Baxış
Prezident və xanımı xəstəxananın açılışında iştirak edib
Bu gün Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.


Medicina.az Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.


Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib. Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma tibb müəssisəsi barədə məlumat verdilər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olublar.


Sonra dövlət başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşüblər.