Honduras Prezidenti Xuan Orlando Ernandes və həyat yoldaşı koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə o özü məlumat verib:
“Ölkə prezidenti və məsuliyyətli vətəndaş olaraq bildirmək istəyirəm ki, həftəsonu özümü yaxşı hiss etmirdim. Bu gün isə COVID-19 virusuna yoluxduğumu bildirdilər”, - deyə O.Ernandes bildirib.
Prezident əlavə edib ki, o, vəzifələrini kənardan icra edəcək və həyat yoldaşı ilə təcrid rejiminə keçəcəklər.