Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibətilə paylaşım edib.
"BakuPost" dövlət başçısının paylaşımını təqdim edir:
"Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun".