Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərə səfərə gedib.
Dövlət başçısı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
İlham Əliyevin açılış zamanı maskadan istifadə etməsi və sosial məsafə gözləməsi diqqət çəkib.
Daha sonra İlham Əliyev Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlət başçısı daha sonra Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Komplekslə tanışlıqdan sonra Prezident bir qrup idmançı ilə görüşüb.
İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.