Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prezident koviddən necə qorunur? - "Özümü yoxlatdırıram, qan analizi verirəm, anticisimlərə baxıram"

  • 2022.01.13 14:49
  • 2085 Baxış
 Prezident koviddən necə qorunur?  - "Özümü yoxlatdırıram, qan analizi verirəm, anticisimlərə baxıram"
“Gördüm ki, artıq məndə anticisimlər azalır, buster dozanı aldım”

Medicina.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində deyib.

“Amma bunu heç kim bilmir. Bunu əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ özümüzü, hamımız özümüzü qorumalıyıq. Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?!

Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – buster dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda ümumiyyətlə heç bir fəsad olmayıb. Çünki həm “Sinovac”, həm “Pfizer” görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir.

Ona görə məsləhətim budur və əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik”, - dövlət başçısı bildirib.
 Prezident koviddən necə qorunur?  - "Özümü yoxlatdırıram, qan analizi verirəm, anticisimlərə baxıram"