Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyyə olunan azərbaycanlılarla görüş keçirib.
Medcina.az report-a istinadən xəbər verir ki, təxliyyə edilənlərin istəkləri yerinə yetirilib.Onların vəziyyətlərində problem aşkarlanmayıb, səhhətləri yaxşıdır.
Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, altı Azərbaycan vətəndaşını da təxliyyə edib. Həmin şəxslər, əsasən, tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.