Medicina.az xəbər verir ki, ölkə başçısı 18.06.2021 tarixli Sərəncam ilə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovu səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görüb.
Bakı Sağlamlıq Mərkəzi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi dövründə arxa cəbhədə var qüvvəsi ilə çalışan mərkəzlərdəndir.
Ölkə rəhbərliyi tərəfindən səhiyyə işçilərinə göstərilən etimad və Azərbaycan xalqının inamı fəaliyyətimizə verilən ən yüksək dəyərdir. Bakı Sağlamlıq Mərkəzi olaraq bu etimadı və inamı daima doğrultmağa çalışaqlarını bildiriblər.
Asiman Həsənovu Medicina.az saytı olaraq təbrik edib, fəaliyyətində uğurlar arzu edirik.