Satışda olan prezervativlərin tərkibinə qatılan sink və izopropil spirtinin miqdarı yol verilən təhlükəsiz normasını aşıb.
Medicina.az xəbər verir ki, bu yoxlamanı Rusiya apteklərində Keyfiyyətə nəzarət qurumu “Roskaçestvo” aparıb.
Satışda olan, ən çox satılan 17 adda məhsulu analiz edən qurum 60% hallarda sink və izoprplip spirtinin çox olduğu aşkarlandığını bildirib.
Bu məhsullar Rusiya, İngiltərə, Tailand, Almaniya, ABŞ, Çin istehsalı idi.
Qeyd edək ki, bu maddələrin çoxluğu kişi sağlamlığı üçün zərərlidir.