"Yeşilçam"ın aktrisası Gülümser Gülhan vəfat edib.
Medicina.az xəbər verir ki, sənətçinin ölüm xəbərini "Film-San Fondu" yayıb. Onun hansı səbəbdən dünyasını dəyişdiyi isə açıqlanmayıb.
Qeyd edək ki, aktrisa "Davacı" və "Postacı" filmləri ilə məşhurlaşıb. O, Kemal Sunal, Fatma Girik və Erdal Özyağcılar kimi məşhur aktyorlarla eyni layihələrdə rol alıb.