C vitamininin immunitet sistemini dəstəkləməkdən ürək-damar xəstəliklərinin qarşısının alınmasına qədər bir sıra faydaları var.
Medicina.az xəbər verir ki, göz sağlamlığından dəri gözəlliyinə qədər bir çox sahədə təsirli olan bu vitaminin daha çox sitrus meyvələrində, əsasən də portağalda olduğu düşünülür. Əslində isə daha yüksək miqdarda C vitamin ehtiva edən qidalar var.
Bibər
Bibərin rəngindən asılı olaraq tərkibindəki C vitamininin miqdarı da dəyişir. Yaşıl bibərdə təxminən 95 mq C vitamini, qırmızı bibərdə isə 152 mq C vitamini var.
Bir ədəd sarı bolqar bibəri orta hesabla 341 mq C vitamini ehtiva edir ki, bu da onu əsl C vitamini mənbəyinə çevirir.
Brokkoli
Bir kasa brokkoli, xüsusilə çiy istehlak edildikdə, böyüklər üçün gündəlik tövsiyə olunan C vitamini miqdarını tamamilə qarşılayır.
Brokkolinin tərkibində 100 mq-dan çox C vitamini olduğu üçün onu xəstəlik zamanı toyuq şorbasına əlavə etmək məsləhətdir. Bu üsul sağalma prosesini tezləşdirir.
Brüssel kələmi
Brüssel kələmini sevənlərin sayı elə də çox deyil. Ancaq bu tərəvəz xəstəliklərdən qorunmaq üçün istifadə edə biləcəyiniz ən təsirli qidalardan biridir.
Bir kasa brüssel kələmi 50 mq C vitamini ehtiva edir. Bundan əlavə, brüssel kələmi kalium, A və K vitaminləri ilə zəngindir və yüksək lif tərkibi ilə tanınır.
Gül kələmi
Cəmi 1 kasa gül kələmi istehlak etmək belə sizi 50mq-dən çox C vitamini ilə təmin edə bilər. Gül kələmi quruluşuna görə müxtəlif reseptlərdə istifadəyə yararlı tərəvəzdir. Pəhriz yeməkləri hazırlayanlar bu tərəvəzdən daha çox istifadə edirlər.
Acı bibər
Acı bibər bir çox yeməklərə xarakterik dad əlavə etməklə yanaşı, C vitamini ilə də zəngindir. Yaşıl acı bibər 109 mq C vitamini ehtiva edir.
Yaşıl noxud
Yaşıl noxud C vitamininin ən yaxşı mənbələrindən biridir. Bir stəkan yaşıl noxud orta hesabla 60 mq C vitamini ehtiva edir.
Kartof
Kartof tərkibində çoxlu karbohidrat olduğu üçün arıqlamaq və sağlam yaşamaq istəyənlərin uzaq durmağa çalışdığı tərəvəzlər arasındadır. Əslində isə bu tərəvəz lif, kalium, B6 vitamini və təxminən 42 mq C vitamini ehtiva edir. Artıq kartofun C vitamini mənbəyi olduğunu öyrəndiyinizə görə, suda və ya sobada bişirərək rahatlıqla yeyə bilərsiniz.
İtburnu
İtburnunun adətən çayından istifadə olunur. Ancaq itburnu çiy yeyilə biləcək qidalar arasındadır. Bu sizin ağız dadınıza uyğun deyilsə, müxtəlif qidalarla qarışdıraraq və ya desertlərə əlavə edərək istehlak edə bilərsiniz.
Maraqlısı odur ki, gündəlik C vitamini ehtiyacınızı qarşılamaq üçün cəmi 4-5 ədəd itburnu yeməyiniz kifayətdir.
Gül