Adətən pomidor və xiyarı birlikdə yeyirik, lakin bu bir sıra problemlərə yol açır.
Medicina.az xəbər verir ki, mütəxəssislər pomidor və xiyarın uyğun tərəvəz olmadığını vurğulayırlar. Bunun səbəbi pomidor və xiyarın müxtəlif həzm xüsusiyyətləri, kimyəvi quruluşu ilə bağlı ola bilər.
Turşu və sıx bir quruluşa malik olan pomidorların həzm olunması daha uzun müddət çəkə bilər. Digər tərəfdən, tərkibində çoxlu su olan xiyar isə daha tez həzm olunur. Buna görə də pomidor və xiyar birlikdə yeyildikdə həzm sistemi pozularaq mədə şişməsi, qaz kimi problemlər yarana bilər.
Aygün
Medicina.az