Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pomidor turşusundan zəhərlənən qızın vəziyyəti ağırlaşıb

  • 2021.11.16 14:20
  • 1820 Baxış
Pomidor turşusundan zəhərlənən qızın vəziyyəti ağırlaşıb

Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə “Kliniki Tibbi Mərkəz”ə (KTM) gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.

Bu barədə Oxu.Az-a KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.

Xatırladaq ki, pomidor turşusundan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytac Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilib. “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən biri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmayıb. O, ötən gün xəstəxanada ölüb.