Bakının Binəqədi rayonunda orta yaşlı kişi konservləşdirilmiş pomidor-xiyardan zəhərlənərək ölüb.
Medicina.az report-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı”nda dünyasını dəyişib.
Ölən şəxsin qohumları bildiriblər ki, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Eskpertlər ölümün dəqiq səbəbini araşdırırlar.