Pomidorun kişi orqanizmi üçün böyük faydası var.
Medicina.az xəbər verir ki, alimlər aşkar ediblər ki, pomidorun tərkibindəki likopin maddəsi kişi spermasının keyfiyyətinə müsbət təsir edir.
Sheffield Universitetində həyata keçirilən araşdırma zamanı
kişilər 12 həftə boyu hər gün iki xörək qaşığı pomidor püresinə
ekvivalent olan 14 mq bioloji aktiv əlavə (BAƏ) qəbul ediblər.
Eksperimentin sonunda alimlər boşalmanın keyfiyyətində yaxşılaşma müəyyən ediblər. Müəyyən
hissəsi BAƏ istehsalçısı tərəfindən maliyyələşdirilən araşdırmaya
təsadüfi seçilmiş 60 sağlam kişi cəlb edilib. Onların bir qisminə BAƏ,
digərlərinə isə plasebo verilib.
Həkimlər kişi sonsuzluğu
probleminin araşdırılmasını çoxdan istəyirlər. Dünyaya övlad gətirə
bilməyən cütlüklərin 50%-ində səbəb məhz kişi sonsuzluğudur.
Hazırda Britaniyanın Milli Səhiyyə Xidməti bu sahədə çətinliklərlə
üzləşən kişilərə yalnız sağlam həyat tərzi sürməyi və rahat alt paltarı
geyinməyi tövsiyə etməklə kifayətlənir.
Bundan başqa, stresli
situasiyaları minimuma endirmək və qadının ovulyasiya günlərində
müntəzəm sekslə məşğul olmaq da məsləhət görülür.
Amma son zamanlar problemin həllində bəzi qida maddələrinin də faydalı ola biləcəyi ideyası tez-tez gündəmə gətirilir.
Likopin
(E vitamini və sink mikroelementinin kişi sonsuzluğuna təsiri daha
əvvəl də araşdırılıb) antioksidantdır, yəni hüceyrə sviyyəsində
oksidləşməyə mane olur və bununla da sərbəst radikalların mənfi
təsirinin qarşısını alır. Eyni zamanda, likopin ürək xəstəliklərinin və bəzi xərçəng növlərinin inkişaf riskini də azaldır.
Xarici görünüşü yaxşılaşdırır
Sheffield
Universitetinin alimləri eksperimentdə təzə pomidor yox, məhz BAƏ
istifadə ediblər, çünki qida əlavəsiylə müqayisədə orqanizm ərzaq
məhsullarındakı faydalı maddələri daha çətin əxz edə bilər. Bundan
başqa, iştirakçıların hamısının eyni miqdarda likopin qəbul etməsi də
vacibiydi.
Kişilərin sperması üş mərhələdə - eksperimentin əvvəlində, 6 həftə sonra və sonda laboratoriyada analiz edilib.
Analizlər zamanı spermatozoidlərin
konsentrasiyasında fərq aşkar edilməyib, amma onların morfologiyası
(xarici görünüşü) dəyişib: sağlam spermatozoidlərin proporsiyası və
hərəkətliliyi likopin qəbul edən kişilərdə daha çox olur.
Eksperimentin
rəhbəri Sheffield Universitetinin doktoru, nutrisioloq Lis Williams
nəticəni belə qiymətləndirir: "Bu, genişmiqyaslı araşdırma deyildi, biz
təcrübəni daha əhatəli şəkildə təkrarlamalıyıq. Amma indiki nəticələr də
diqqətəlayiqdir. Növbəti addımda biz eksperimentə sonsuzluq problemi
olan kişiləri cəlb edib likopinin onların spermasına necə təsir
göstərdiyini öyrənəcəyik - görək, invaziv müalicə metodlarına əl atmadan
sonsuzluğu aradan qaldırmaq mümkündürmü? Bu gün biz kişilərə konkret
məsləhətlər verə bilmərik. Həmişə onlara deyirik ki, spirtli içkilərin
qəbulunu azaldın və sağlam qidalanın. Ancaq bunlar ümumi tövsiyələrdir".
Araşdırmanın nəticələri "Avropa nutrisiologiya jurnalı"nda ("European Journal of Nutrition") dərc edilib.