Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev hərəkət iştikçılarına müraciət edərək onları qaydalara əməl etməyə çağırıb:
"Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur.Tədbirlər fasiləsiz davam etdiriləcək".