Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Polis əri tərəfindən öldürülən qadının işgəncə fotoları

  • 2021.10.01 14:16
  • 3447 Baxış
Polis əri tərəfindən öldürülən qadının  işgəncə fotoları
"Bacım işgəncələrə dözməyərək evdən qaçırdı"

Güllələnən qadının qardaşı belə açıqlama verib.


"İsmayıl Məmmədov bacımı hadisədən bir gün əvvəl xidməti dubinka ilə döymüşdü".

Bakupost.az xəbər verir ki, bunu "Report"un Şimal-qərb bürosuna polis tərəfindən güllələnərək qətlə yetirilən Xanım Məmmədovanın qardaşı Aqil Əliyev deyib.

O bildirib ki, ailə qurduqları 8 il ərzində Xanım Məmmədova dəfələrlə əri tərəfindən işgəncələrə məruz qalıb:

"Bacım Bakıda universitetdə təhsil aldığı zaman İsmayıl Məmmədovla tanış olub və ailə qurmuşdular. Onların 6 və 4 yaşlarında iki övladı var. Bacım ona verilən işgəncələrə dözməyərək dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirərdi. Biz razı olmurduq, deyirdik körpə övladları var, onların sonrakı taleyi necə olacaq bəs!?

Bacım bir neçə uşaqlarıda götürərək evdən qaçaraq Bakıda yaşayan qardaşımın evinə sığınıb. Sonradan İsmayıl Məmmədov qardaşımgilə gedərək üzr istəyib və birdə belə halın təkrarlanmayacağına söz verərək bacımla barışıblar. Bacım dəfələrlə əri tərəfindən döyülsə də polisə şikayət etməyi düşünmürdü.


Lakin sonuncu dəfə bacımı xidməti dubinka ilə möhkəm döymüşdü. Bacım da uşaqlarını götürüb polisə şikayət ərizəsi verməyə getmişdi. Bunu bilən İsmayıl Məmmədov da arvadının dalıyca 24-cü Polis Şöbəsinə gedərək bacıma hücum edib. Bunu görən polis əməkdaşları onu sakitləşdirib və şöbənin həyətindən çölə çıxarıblar. Daha sonra sakitləşdiyini və uşaqlarını görmək istədiyini deyərək şöbəyə daxil olub. Elə hadisə də bundan sonra baş verib. İki azyaşlı körpəsinin gözləri önündə bacımı güllələyərək qətlə yetirib".

A.Əliyev əlavə edib ki, bacısının iki azyaşlı körpəsi onların himayəsinə verilib.

Qeyd edək ki, həyat yoldaşı tərəfindən qətlə yetirilən Xanım Məmmədova əslən Qax rayonunun Cəlayir kəndindəndir. Onun meyiti bu gün Qax rayonuna gətiriləcək. və ailəsinin istəyi ilə bir gün evdə saxlanıldıqdan sonra sabah səhər saatlarında Cəlayir kənd qəbiristanlığında dəfn ediləcək.