Mədə və bağırsaqların endoskopik müayinəsi zamanı həkim irili xırdalı poliplər görür. Bu zaman ideal halda o poliplər kəsilib götürülməlidir. Çünki həzm orqanlarının daxili divarında əmələ gələn bu törəmələr gələcəkdə onkoloji xəstəlik baxımından böyük riskdir.
İnternetdə çox zaman rus mənbələrində poliplərə toxunmamaq barədə informasiya yayılıb. Eləcə də insanlar bir –birinə " niyə götürürsən, qoy qalıb” deyə məsləhətlər verir.
Medicina.az Bioloji təbabət klinikasının həkim endoskopisti Aygün Vəliyevadan poliplərin yaranma səbəbləri, fəsadları və hansı halda,necə götürülməsi barədə məlumat alıb.
" Polip bağırsağın xoşxassəli törəməsidir. Əgər hansısa saytda, mənbədə, kitabda polipə dəymə, toxunma, kəsdirmə kimi fikirlər yazılıbsa, onlara inanmayın. Rus mənbələri və Rusiya həkimlərinin dedikləri də saçmalıqdan başqa bir şey deyil.
Dünya səhiyyəsi sübut edib ki, mədə-bağırsaq onkoloji xəstəliklərinin 90% etiologiyası polipdir. Polip gördünsə, əgər endoskopiya zamanı birbaşa götürmək şansın varsa, mütləq götüzdür. Ölçüsü endoskopik koaqulyasiyaya uyğundursa, yəni 2 sm-ə qədər olmalıdır. 2sm-dən yuxarı ölçüdə artıq cərrahi əməliyyata göstərişdir. Çünki burda qanama riski yüksəkdir. O əməliyyatda poliplə birgə bağırsağın həmin hissəsini kəsib çıxarırlar.
Ona görə xəstənin şansı varsa, polip hələ çox kiçik polipləri elə aşkar olunan kimi götürsünlər ki, ağır əməliyyatlara ehtiyac qalmasın”.
Həkim poliplərin yaranma səbəbləri barədə də danışdı.
" Səbəblər çoxdur. Anadangəlmə genetik sindrom var. Bağırsaqda minlərlə polip var. Belə insanlar 40 yaşı olmamış geci-tezi xərçəngə tutulub ölürlər. O qədər bağırsağı da kəsmək olmur axı.
Genetik səbəb yoxdursa, yaş artdıqca risk də artır. Daha çox kişilərdə 40 yaşdan sonra əmələ gəlmə şansı çoxdur. Qadınlarda isə 50-dən sonra.
Cavanlarda da xırda poliplərə rast gəlinir. Bəzən yeni doğulmuşlarda və uşaqlarda anadangəlmə yuvenir poliplər olur ki, onları da götürmək məsləhətdir. Bu polipin etiologiyası hələ məlum deyil, amma qanama riski çox olduğu üçün götürülsə yaxşıdır.
İlkin olaraq polipdən biopsiya götürülür, histoloji müayinə nəticəsində qərar verilir ki, nə qədər vaxta götürmək olar, xəstə hələ nə qədər gözləyə bilər.
Polipin əlaməti xəstədə uzun müddətli ishal, qəbizlik və qan gəlməsi. Nəcisdə qan göründüsə və ya görünməsə də qanamaya şübhə yarandısa, endoskopiya, kolonoskopiya edilib, müayinə olunur.
Götürülmə şansı varsa, elə müayinə vaxtı da koaqulyasiya edilib götürülsün. Bütün dünya bunu edir.
Polipi heç bir analizlə, müayinə ilə görmək mümkün deyil. Yalnız endoskopik müayinə metodu dəqiq müayinə üsuludur.
Böyük insanlarda poliplərin əsas yaranma səbəbi uzun müddətli toksinləşməsinin, bağırsağın zərərli toksiki maddələri tam ata bilməməsidir. Xərçəng də toksiki fonun son nəticəsidir.
Polipləri 40 yaşdan sonra diqqətdə saxlamaq lazımdır. İldə bir dəfə endoskopik müayinədən keçib, özünüzü xərçəngdən qoruyun.
3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;
Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;