Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən azad olunub.
Medicina.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
***
12:18
Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.
Medicina.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.