Polietilen torbaların istifadəsi qadağan oluna bilər.
Medicina.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı bu təkliflə çıxış edəcək. Bu barədə BMT-nin Ətraf-Mühit komitəsinin hesbatında məlumat verilib. Ümumdünya ətraf mühit günündə yayımlanan araşdırmalar zamanı müəyyən edilib ki, ərzaqların daşınması və zibillərin saxlanılması üçün torpaqda çürüməsinə min il tələb olunan 5 trilyon polietilen paket istifadə edilir.
Komitə üzvlərinin məlumatına görə, 9 milyard ton plastik materialların cəmi 9 faizi yenidən istehsala verilir.
Bu zaman ətraf mühitin qlobal çirklənməsinin əsas mənbələri müəyyənləşdirilmiş olur.
Qeyd edək ki, plastik tullantı siyahısında birinci yeri Çin, ikinci və 3-cü yeri isə Avropa Birliyi və ABŞ tutur.