Polad Həşimova görə döyüşə gedən həkim: “Özümə gələ bilmirəm” - VİDEO
Polad Həşimova görə döyüşə gedən həkim: “Özümə gələ bilmirəm” - VİDEO
2021.02.06 20:39
4616 Baxış
Vətən Müharibəsində xüsusi xidmətləri olan, az itki verməyimiz üçün gecə-gündüz çalışan bir zümrə, görünməyən qəhrəmanlarımız var. Onların bir qismi əsgər kimi döyüşlərə qatılıb, daha böyük bir qismi isə arxa cəbhədə yaralı əsgərlərimizin həyatını xilas etmək üçün var gücləri ilə çalışıblar, neçə-neçə qəhrəmanlarımıza yenidən həyat bəxş ediblər. Vətən Müharibəsində təkcə hərbi həkimlərimiz çalışmadı, həm də dövlət xəstəxanalarında, özəl tibb müəssisələrində çalışan peşəkar həkimlərimiz könüllü olaraq, heç bir təmana güdmədən yaralanmış əsgərlərə istər döyüş bölgəsində, istərsə də paytaxtda xidmət etdilər.
Medicina.az bu böyük zəfərdə payı olan, öz əməliyyat alətləri, respetləri ilə vətənə xidmət edən həkimlərimizi cəmiyyətə tanıtmaq üçün yeni layihəyə start verir.
Bundan sonra oxucularımız “Ağxalatlı döyüşçülər” layihəsində bu səhiyyə işçilərini yaxından tanıyacaq.
Layihənin bu dəfəki qonağı, androloq Nemət Əhmədovdur.
Onun Vətən Müharibəsində iştirakı ilə bağlı dediklərini videofarmatda təqdim edirik: