Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Podaqra yaradan məşhur qidalar - SİYAHI

  • 2025.02.05 20:09
  • 252 Baxış
Podaqra yaradan məşhur qidalar    - SİYAHI

Podaqra kralların, şahların xəstəliyidir deyirdilər. Amma müasir insanlarda podaqra daha çox rast gəlinir.


“Medicina” xəbər verir ki, diyetoloq Nuriya Dianova podaqraya səbəb olan məşhur məhsullar barədə xəbərdarlıq edib.

“50-70 il əvvəl bu xəstəlik nadir idi, lakin bu gün getdikcə daha çox yayılır. Bunun bir səbəbi insanların pəhrizində ət məhsullarının, xüsusən də emal edilmiş ətdən hazırlanmış yeməklərin çoxluğudur.


Podaqra oynaq xəstəliyidir, artritin bir növü hesab olunur: sidik turşusunun kiçik kristalları oynaqların ətrafında toplaşdıqda, onları qıcıqlandırdıqda və iltihaba səbəb olduqda inkişaf edir. Nəticədə oynaq nahiyələrində şişlik, qızartı, qızdırma, şiddətli ağrılar əmələ gəlir.

Oynaqların sağlam olması üçün ət və balıq konservləri, hisə verilmiş qidalar, kolbasa, spirt istehlakını azaltmaq lazımdır”.


Həkimin sözlərinə görə, bu məhsullar purinlərlə zəngindir, sidik turşusunun əmələ gəlməsinə kömək edən maddə bədəndə çoxaldıqda podaqra qaçılmaz olur.


Bundan əlavə, çay və qəhvəyə aludəçi olanlarda podaqra arta bilər.
Oynaqların başqa bir düşməni yüksək dozada şəkər və duzdur.


"Tərkibində yüksək şəkər olan qidalar, o cümlədən şirin qazlı içkilər oynaqların sağlamlığı üçün təhlükəlidir.

Eləcə də podaqranın qarşısını almaq üçün şirin meyvələrin istehlakına nəzarət etmək vacibdir”.

Aygün Musayeva