Koronavirus ağciyərlərdə pnevmoniya yaradır. Pnevmoniya ağciyər və alveolların iltihabı olub, müalicə ilə sağalsa da, orqandan tam sovrulması üçün zaman lazımdır.
Medicina.az xəbər verir ki,bəzən müalicə düzgün aparılsa da, pnevmoniya qalıqlarının tam sovrulması gec olur, bu da xəstəyə əlavə simptomlar yaradır
Pnevmoniya ən azı 1,5 – 2aya tam sovrulur. Ona görə bu xəstələr tez-tez rentgen, Kt etməməlidir ki, aldıqları nəticədən daha da depressiyaya düşməsinlər.
Gec sağalmanın səbəbləri:
- Bağlı bronxlar
- Orqanizmdə hardasa irin, iltihab ocağının olması
- Ağciyərlərdə durğunluq, qanın yaxşı çatmaması
- Vərəm, göbələk xəstəliyi və s
- Ağciyərlərdə şiş
- Siqaret çəkmə
- Az hərəkət
- Susuzluq
Əgər ağciyərlərinizin tez sağalmasını istəyirsizsə, bu maneələri aradan qaldırın
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.