Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pnevmoniyadan ölüm ayağında olan xəstəni belə sağaltdılar - Sovet xəstəxanasındakı TƏCRÜBƏ

  • 2020.12.30 16:07
  • 50741 Baxış
Pnevmoniyadan ölüm ayağında olan xəstəni belə sağaltdılar  - Sovet xəstəxanasındakı TƏCRÜBƏ



Rusiyalı həkim hələ gəncliyində. xəstəxanada rezidentlik müddətində şahidi olduğu, ağciyərlərin absesi xəstəliyindən yatan 2 kişi xəstənin müalicəsində tətbiq edilən maraqlı metoddan bəhs edib.

Medicina.az xəbər verir ki, hadisə 1987-ci ildə baş verib. Aparılan müalicələrə baxmayaraq orta yaşlı kişi ölür, gənc kişi isə həyatla mübarizə aparırdı. Xəstələri müalicə edən professorun bütün müalicəni, dərmanları düzgün seçdiyinə baxmayaraq, gənc kişi letal sonluğa yaxınlaşırdı.

Artıq xəstəni itirəcəyi ilə barışan professor əlini xəstədən üzdükdə, orda olan orta yaşlı həkimin xəstəyə rəhmi gəlir və professordan öz bildiyi metodla inhalyasiya üçün icazə alır. Xəstənin həratəti 40 dərəcə idi. Professor onsuz da faydası olmayacağına əmin olduğu üçün qadına icazə verir.


Müalicədə sarımsaq və sodanın qarışığından məhlulla inhalyasiya tətbiq edilir. 4 dəfə inhalyasiyadan sonra temperatur 37,5 dərəcəyə düşür. Bu metodla həmin xəstə ölümdən geri dönür, sonrakı dərman müalicəsinə də müsbət reaksiya verir.


Həmin metodun resepti belədir:

kiçik qazana 1 stəkan su töküb qaynadırsız. Bura 6 diş sarımsağı doğrayıb əlavə edirsiz. Zəif odda 5 dəqiqə saxlayırsız. Sonra ağzı bağlı qazanı götürüb, başınıza dəsmal atır, qapağı qaldırıb, qazana 2 çay qaşığı çay sodası əlavə edir, bu buxarla nəfəs alırsız. İlk nəfəslmada dərindən etməyin, güclü öskürək ola bilər. Sakit-sakit nəfəs alıb verin. Bunu su soyuyana kimi davam edin.


Prosedurdan sonra başınızı və sinənizi isti bağlayıb, yatırsız. İnhalyasiyanı gündə 3 dəfə etmək olar. Effekt 1-2 sutkadan sonra özünü göstərir. Bir kurs 5-7 gündür.


Bu metodla bronxit, emfizema, angina, pnevmoniya, bronxların tutulmasında tətbiq edə bilərsiz.