Pnevmoniya ağciyərlərin müxtəlif dərəcəli tənəffüs çatışmaz¬lığı, yerli bronx-ağciyər sindromu, həmçinin onların rentgenoloji şəklinin infiltrativ, ocaqlı, yaxud seqmentar dəyişiklikləri ilə müşayiət olunan kəskin infeksion iltihabi xəstəlikdir.
Uşaqlarda daha tez-tez rast gəlinir. Bu, uşaqların tənəffüs sisteminin anatomik-fizioloji xüsusiyyətləri ilə bağlıdır: tənəffüs əzələlərinin zəifliyi və südəmər uşaqlarda diafraqmal tipli tənəffüsün olması, surfaktantın aktivliyinin azlığı, hipoksiya, hipoksemiya və tənəffüs çatışmazlığının tez inkişaf etməsi. Bundan əlavə, südəmər uşaqların mədəsinin, kardial sfinkterinin zəifliyi aspirasion pnevmoniyaya meylliyi artırır.
"Medicina" xəbər verir ki, pnevmoniya həm müstəqil, həm də digər xəstəliklərin fəsadı kimi yarana bilər. 3 yaşınadək uşaqlarda pnevmoniya ilə il ərzində xəstələnmə hər 1000 uşağa 15-20, 5 yaşından böyük uşaqlarda isə 1000 uşağa 5-6-dır. Hesab olunur ki, KRVÎ ilə xəstələnmiş uşaqların təxminən 1%-ində pnevmoniya inkişaf edir.
Pnevmoniyanın yaranmasında bilavasitə rol oynayan amil - soyuqlamadır.
Pnevmoniya polietioloji xəstəlikdir. Əsas rolu pnevmokokklar, yaşılımtıl və hemolitik streptokokklar, eləcə də qram-mənfi flora - klebsiella, göy-yaşıl irin çöpləri, Pfeyfer çöpləri oynayır. Bir yaşa qədər uşaqlarda pnevmoniya daha çox stafılokokk etiologiyalı olur və Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) fonunda başlanır. Pnevmoniyaya səbəb olan viruslar orqanizmin immunoloji reaktivliyini azaldır, tənəffüs yollarında epitelləri nekrotik dəyişikliklərə uğradır (yəni selikli qişaların baryer funksiyasını azaldır) və bakterial infeksiyaya şərait yaradır. Ağır keçən pnevmoniyalar qarışıq flora ilə (virus-bakterial, bakteriya-bakterial) əlaqədardır. Erkən yaşlı uşaqlarda pnevmoniyanın inkişafına perinatal patologiya da səbəb ola bilər.
Törədicilər orqanizmə bir neçə yolla daxil olur: 1) bronxogen, 2) hematogen, 3) limfogen - infeksiyanın ilkin lokalizasiyasının ağciyər kökündən parenximaya yayılması zamanı.
Ağciyərlərdə ilkin iltihabi dəyişikliklər çox zaman respirator hronxiollarda müşahidə olunur. İnfeksion agent respirator bronxiollardan ağciyər parenximasına yayılaraq iltihabi dəyişikliklərə, yəni pnevmoniyaya gətirib çıxarır. Asqırma və öskürmə zamanı inleksiya iltihablaşmış ocaqdan iri bronxlara, sonra isə digər respirator bronxiollarla yayılaraq yeni ocaqların əmələ gəlməsinə səbəb olur.
İnfeksiyanın bilavasitə respirator bronxiollar yaxınlığında iltihabi reaksiya ilə məhdudlaşması nəticəsində ocaqlı pnevmoniya inkişaf edir.
Bakteriya və mayenin alveol məsamələrindən bu seqment daxilinə yayılması və seqmentar bronxun infeksiyalaşmış seliklə tutulması zamanı seqmentar prevmoniya, bu proses bir pay daxilində baş verərsə, krupoz pnevmoniya yaranar.
Yenidoğulmuşlarda və südəmər uşaqlarda ağciyərlərin infek- siyalaşması limfatik yollarla bağırsaqlardan keçə bilir.
Aerogen yoluxma zamanı viruslar bronxların selikli qişasının baryer funksiyasını pozur və yerli immuniteti zəiflədir.
İlkin iltihabi dəyişikliklər respirator alveollarda baş verir, çünki burada bronxların ampulayabənzər genişlənməsi, əzələ toxumasının zəifliyi və kirpikli epitelin olmaması qeyd edilir. Burdan infeksiyatörədici ağciyər toxumasına yayılır. Öskürmə və asqırma zamanı mikroblar iltihab ocağından iri bronxlara və ağciyərin digər sahələrinə keçir.
Pnevmoniya zamanı 38°C və daha yüksək temperatur üç gündən çox davam edir, intoksikasiya əlamətləri-oyanıqlıq, iştahanın pozulması, qusma, yuxunun pozulması, dəri örtüklərinin solğunluğu, perioral sianoz, ağır hallarda dəridə «mərmərlik», tənəffüs sistemində, əsasən, öskürək və təngnəfəslik qeyd olunur. Plevra zədələndikdə tənəffüs ağrılı və iniltili olur. Pnevmoniyaya xas olan lokal simptomatika ağciyərin perkussiya və auskultasiyasına əsaslanır. Adətən, ağciyərin zədələnmiş nahiyəsində kiçik qabarcıqlı yaş xırıltılar eşidilir.
Diaqnostikada klinika ilə yanaşı ağciyərlərin rentgenoloji müayinəsinin də böyük rolu vardır.
Pnevmoniyanın gedişi və proqnozu immun sistemlə bilavasitə əlaqədardır.
Pnevmoniya zamanı tənəffüsün pozulmasına xüsusi diqqət etmək lazımdır.
Bütün pnevmoniyaya şübhəli bilinənlərin rentgenoloji müayinədən keçməsi gərəkdir. Pnevmoniyanın etiologiyasının müəyyən edilməsi zəruridir.
Pnevmoniyanın differensial diaqnostikası ilk növbədə bronxitlər, bronxiolitlər, həmçinin respirator allerqozlar, plevritlər, vərəm, helmintozlar zamanı ağciyərlərin zədələnməsi, krupoz pnevmoniya isə (ümumiyyətlə, aşağı payların pnevmoniyaları) appendisit, bağırsaq keçməzliyi, peritonit, meningitlə aparılmalıdır.
Kəskin pnevmoniya zamanı toksikoz, tənəffüs və va ürək-damar çatışmazlığı, ağır premorbid fon (II-III dərəcəli raxit, anemiya, hipotrofiya və s.) olmadıqda xəstəni evdə müalicə etmək olar.
Pnevmoniyanın kəskin dövründə uşağa yataq rejimi, temperatur normallaşdıqdan sonra 2-3 gün ərzində otaq rejimi təyin edilir, 3-4 gündən sonra isə 20-30 dəqiqəlik gəzintiyə icazə verilir. Uşaqların qidalanması yaşa tam uyğun olmalı, maye, əsasən meyvə şirələri, limonlu çay şəklində verilməlidir. Stasionara göstəriş xəstəliyin ağır gedişi zamanı, 24-36 saat ərzində müalicə effekt vermədikdə olur.
Xəstənin yataq otağının havası tez-tez dəyişdirilməlidir. Soyuq, təmiz hava tənəffüsü dərinləşdirir, nəfəsalmanı asanlaşdırır.
Müalicədə əsas yeri antibakterial terapiya təşkil edir.
Bundan başqa infuzion, immuniteti dəstəkləyən və simptomatik terapiya aparılır.
Pnevmoniyaların profilaktikası üçün, həmçinin xəstəliyin müalicəyə tez tabe olması, fəsadların qarşısının alınması üçün immun sistemin modulyasiyası vacib məqamdır. Bu məqsədlə Almaniya istehsalı olan Biotənzimləyici preparatlardan və Yüksəkdozalı Vitamin C -dən uğurla istifadə olunur.
Tonsilla compositum- immun sistemi orqanik səviyyədə dəstəkləyir
GÖSTƏRİŞLƏR:
- Xroniki tonzillit
- Limfadenit
- Tez-tez xəstələnən uşaqlar
- Atopik dermatit
- Residivləşən infeksiyalar
- Kortikosteroidlərin uzunmüddətli istifadəsindən sonra hipotalamus-adrenal oxunu bərpa etmək
məqsədilə istifadə edilir
- Revmatoloji xəstəliklər
Echinacea compositum tab
GÖSTƏRİŞLƏR:
- Lokal iltihab (məs. tonzillit,
rinit, bronxit, sinusit, faringit,
laringit, dərinin zədələnməsi,
furunkul və s.)
- Bakterial infeksiyalar
- Orqanizmin müdafiə
mexanizmlərinin zəifləməsi
Pascorbin
GÖSTƏRİŞLƏR:
• İnfeksion xəstəliklər
• Cərrahi əməliyyatlardan sonra
• Ağır travmalar (sümük sınıqları və gec sağalan yaralar)
• Müxtəlif dərəcəli yanıqlar
• Onkoloji xəstəliklər
• Müxtəlif intoksikasiyalar (xüsusən də zəhərlənmələr)
• Alkoqol və infeksiya mənşəli deliriya
• Psixi pozulmalar
• Addison xəstəliyi
• Allergik və iltihabi dəri xəstəlikləri
• Revmatik xəstəliklər
• Müxtəlif distrofiyalar
• Kardiovaskulyar xəstəliklər
Aygün Musayeva