Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Ağır xəstəlikdən asan yolla xilas olun!Pnevmoniya necə yaranır?

  • 2018.12.22 18:42
  • 12630 Baxış
 - Ağır xəstəlikdən asan yolla xilas olun! Pnevmoniya necə yaranır?
 

Pnevmoniya ağciyərin iltihabi xəstəliyi olub, əsasən bakteriya, göbələk və viruslar vasitəsilə yaranır. Onu hava ilə ağciyərə düşmüş kimyəvi maddələr də törədə bilər.


Medicina.az Azərtac-a istinadən xəbər verir ki, pnevmoniya uzun müddət davam edən xəstəliklərin, daha çox immun çatışmazlığı və onkoloji xəstəliklərin fəsadı kimi də üzə çıxır. Xəstəlik ağciyər toxumasının bir və ya bir neçə hissəsini tutur. Pnevmoniya zamanı alveol və tənəffüs yollarında maye və digər selikli ifrazatlar toplanaraq həmin nahiyədə qan dövranı durğunluğuna, ağciyər toxumasının sərtləşməsinə, bununla da qazlar mübadiləsinin pisləşməsinə səbəb olur. Xəstədə hərəkət, halsızlıq, öskürək, tənəffüs çətinləşməsi, həyəcan hissi, yorğunluq, döş qəfəsində ağrı müşahidə edilir.


Həkim məsləhəti və nəzarəti altında aşağıdakı xalq təbabəti prosedurlarından istifadə etmək olar.


Kürək və sinə nahiyəsinə bitki yağı çəkilir. Sarımsaq əzilir və 15-20 dəqiqə həmin nahiyələrə yaxılır.


Turpun orta hissəsində dəlik açılaraq 2 xörək qaşığı bal əlavə edilir, turpun üzəri isə kəsilmiş hissəsi ilə örtülür. Bundan sonra turplar qaba yığılaraq 3 saat saxlanılır. Alınan şirə gündə bir neçə dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.


Soğan şirəsi ilə bal bərabər nisbətdə qarışdırılaraq gündə 3-4 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 çay qaşığı içilir.


Baş soğanın yarısı kəsilərək 1 stəkan süddə pörtlədilir. Sonra 4 saat dəmə qoyulur. Alınan məhlul hər 3 saatdan bir içilir. Güclü öskürək zamanı həmin prosedur 2 soğanla da aparıla bilər.


Gündə iki dəfə 1 stəkan təzə sağılmış çiy süd 2 ədəd əncir qurusu ilə birgə qaynadılaraq yeməkdən sonra 1 stəkan isti halda içilir.


Kiçik torbanın içərisinə qabıqla qaynadılmış və bir qədər əzilmiş kartof, hərəsindən 1 xörək qaşığı olmaqla bitki yağı, spirt və xardal əlavə edilərək qarışdırılır. İçərisində qarışıq olan torba maksimum isti şəkildə ürək nahiyəsindən uzaq tutulmaq şərtilə xəstəlik ocağına qoyulur, üzərindən sellofan sarınır, üstünə yorğan örtülür. Proseduru gecədən səhərə qədər etmək daha yaxşıdır.


Emallı qaba su yığılaraq üzərinə 3-4 damcı ağ şam yağı əlavə olunur və qarışıqla inhalyasiya edilir.


Yüz qram sarımsaq əzməsi ilə 500 qram qaz piyi qarışdırılıb su hamamında bir müddət saxlanılır, alınan kütlə perqament kağız üzərinə qalın qat şəklində yayılaraq sinəyə qoyulur, üzərindən yun şal bağlanır. İslatmalar iki həftə hər gün edilir, bir həftə fasilədən sonra proseduru davam etdirmək olar.