Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Plov orqanizm üçün zərərli yeməklərdəndir - Dietoloqlar

  • 2022.08.31 14:53
  • 2231 Baxış
Plov orqanizm üçün zərərli yeməklərdəndir   -   Dietoloqlar
Plov tərkibindəki ərzaqların uyğunsuzluğu səbəbindən dünyanın ən zərərli yeməkləri sırasına daxildir.


"Medicina" xəbər verir ki, orqanizm üçün ən təhlükəli tərkib bir arada yağ, karbohidrat və duzun birləşməsidir.

Bunlara da makaron və plov aiddir. Bunu həkim dietoloq Yelena Tixomirova bildirib.


Eyni xörəkdə yüksək kalorili ərzaqlar toplanırsa, o damarlar, ürək üçün zərərlidir, piylənmə yaradır.


Dünyada artıq 10 ildir ki, piylənmə epidemiyası hökm sürdüyü üçün istənilən karbohidrat, yağ qarışımlı yeməklər təhlükəlidir.

Piylənmə ardıyca hipertoniya, şəkərli diabet, hətta xərçəng yaradır.


Plov qədər makaron, kartof qızartması, düyü ilə yağlı ət olan istənilən yeməklər orqanizmə zərərlidir.

Aygün Musayeva