Plazmafarez orqanizmi toksiki zərərli maddələrdən təmizləyən müalicə metodudur.
Plazma – qanın maye hissəsi, farez- ayrılma deməkdir. Plazmafarez zamanı qan 2 hissəyə ayrılır. Tərkibində toksiki maddələr, dərman konsentrasiyası, şlaklar, qeyri-normal maddələr mübadiləsinin son məhsulları olan plazma ayrılaraq atılır. Eritrosit, leykosit, trombositlərdən ibarət sağlam qan kütləsi NaCl məhlulu ilə durulaşdırılaraq yenidən bədənə qaytarılır.
I seansdan sonra dövr edən qanda, II seansdan sonra hüceyrəarası mayedə, III sensdan sonra hüceyrə səviyyəsində təmizlənmə prosesi baş verir.
Plazmafarez kimlərə göstərişdir:
-Allergik xəstələrə
-Bronxial astma
-Kəskin və xroniki intoksikasiyalar
-Dəri-zöhrəvi xəstəliklər
-Onkoloji xəstəliklərin erkən dövrü
-Ürəyin işemik xəstəlikləri
-Endokrin xəstəliklər
-Sinir sistemi xəstəlikləri
-Hepatitlər, şəkərli diabet, qlomerulinefrit
-Autoimmun xəstəliklər
Mən şəkər xəstəliyindən əziyyət çəkirəm, bu plazma farez mənə neçəyə başa gələr və harda etməyi məsləhət görərdiz