İngiltərənin Cornvall şəhərində restoran və barlarda plastmas borucuqdan istifadə qadağan edilir.
Medicina.az xəbər verir ki, buna səbəb borucuqların təhlükəli olmasıdır. Belə ki, bu əşyalar atılanda 450 il müddətində torpaqda sovrulmadan qalır və xarab olmur. İngiltərədə isə ildə 8.5 milyon borucuq zibilliyə atılır.
Mütəxəssislərin sözlərinə görə, bu, həm ətraf aləmi çirkləndirir, həm də orqanizmə zərərlidir.
Şəhər məclisində təqdim edilən təklifə əsasən, 2018-ci ildən etibarən Cornvallda sadəcə kağız borucuqlardan istifadə ediləcək.