Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Plastik orqanizmdə zob və xərçəng yaradır – Həkim

  • 2023.08.07 16:15
  • 1145 Baxış
Plastik orqanizmdə  zob və xərçəng yaradır  – Həkim
Hazırda su, müxtəlif qablar və vasitələrlə orqanizmə düşən mikroplastik xərçəngə və qalxanabənzər vəz xəstəliklərinə səbəb ola bilər.


“Medicina” xəbər verir ki, terapevt Aleksandr Myasnikovun sözlərinə görə, insan bədənində artıq kifayət qədər çox plastik var. Buna səbəb insan mühitində demək olar hər yerdə-suda, havada, paltarda və duzda plastikə rast gəlinməsidir. Əlavə olaraq, plastik məhsulların mikrohissəcikləri bədənə çox asanlıqla nüfuz edir.

"Yapışmayan tavalar, tibbi maskalar, çay paketləri, yuyulma zamanı mikro zədələnmiş sintetik geyimlər hamısı suya, yerə və havaya daxil olan mikroplastik mənbəyidir".

Onun sözlərinə görə, mikroplastik zərrəciklərin insan sağlamlığına təsiri hələ tam öyrənilməsə də, məhz bu zərrəciklər səbəbindən orqanizmdə xərçəng və qalxanabənzər vəz xəstəliklərinin yaranması böyük ehtimal sırasına daxildir. Ona görə plastikdən bacardıqca az istifadə edin, eləcə də tez-tez profilaktik yoxlanın.

Xanım