“Plastik əməliyyat günahdır” - Rafael İsgəndərov

  • 2024.07.04 16:36
  • 407 Baxış
“Plastik əməliyyat günahdır” -   Rafael İsgəndərov
Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlarla bağlı dediyi sözlərlə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, aktyor bu barədə “Şən gənc” verilişində danışıb.

Belə ki, proqram zamanı ona ünvanlanan “Sənət üçün plastik əməliyyat etdirərdinizmi?” sualına “Plastik əməliyyat günahdır”, - deyərək cavab verib.

“İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, bu səbəbdən olarsa, başqa məsələ. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil”,- Rafael İsgəndərov bildirib.