Tayvanlı cərrah Çen Veinonq özü-özünə vazektomiya əməliyyatı edib.
“Medicina” xəbər verir ki, plastik cərrah 3 uşaq atasıdır. O, daha arvadının hamilə olmaması üçün vazektomiya əməliyyatını seçib.
Amma bu zaman həkim hər kəsi şoka salan addım atıb.
Həkim “bu sadə prosedurdur, özüm edərəm” deyib, yerli keyitmə ilə əməliyyatı icra etdi. O, bunu arvadına hədiyyə etdiyini bildirib.
Əməliyyatda əgər lazım olarsa, müdaxilə etmək üçün dostu uroloq cərrah da iştirak edirdi. O, əməliyyatın rahat və uğurlu keçdiyini deyib.
Aygün Musayeva