Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Planetdə ən qədim insanların kimliyi məlum oldu

  • 2023.05.25 14:23
  • 1803 Baxış
 Planetdə ən qədim insanların kimliyi    məlum oldu
Alimlər DNT-ni deşifrə edərək, planetin ən qədim insanlarının adını çəkiblər.


Keçən əsrin ortalarından elmi ictimaiyyət qədim insanın Afrikadan gəldiyi qənaətində idi, lakin yalnız İsveç genetikləri tərəfindən aparılan araşdırma insanların təkamülü ağacında ilk olaraq hansının olduğunu dəqiq müəyyən edib.

“Medicina” xəbər verir ki, Karina Şlebuşun rəhbərlik etdiyi İsveçin Uppsala Universitetinin alimləri tədqiqatı iki mərhələdə aparıblar.

Birincidə onlar yerli afrikalılardan bir neçə min DNT nümunəsi toplayıb. Onların arasından ən "təmiz" olanlarını seçiblər.

Məlum olub ki, Afrikada təkamül ağacının əsasında buşmenlər durur.

"Meşə insanları", "Meşə adamı" mənasını verən Buşmenlərin dili Xoisan dilidir. Amma heç vaxt yazılı dilləri olmayıb. Buşmenlər tərəfindən əfsanələr, nağıllar və mahnılar şifahi şəkildə ötürülüb.


Alimlərin fikrincə, Afrikada avropalılar peyda olmasaydı, buşmenlər son Paleolitdə (40-15 min il əvvəl) yaşadıqları kimi yaşamağa davam edəcəkdilər.


Buşmenlərin inanclarına gəlincə, burada əsas rolu şəfaçı-şamanlar oynayır. Onlar inanırlar ki, xəstəliklər əcdadların ruhlarından qaynaqlanır. Qloballaşma buşmenlərdən yan keçməyib, bu gün insanların yalnız dörddə biri ənənəvi həyat tərzini davam etdirir. Qəbilələrin əksəriyyəti şəhərlərdə məskunlaşıb və ya əkinçilik təsərrüfatlarında işləyirdi.


Buşmenlərin xeyli hissəsi turizm sahəsində çalışır, hazırda bütün Afrikada mövcud olan turizm qəsəbələrində qədim qəbilələrin səhnəciklərində aktyor kimi çıxış edir.

Lakin “Yer üzünün ilk insanları” statusuna baxmayaraq, buşmenlərin bu faktla fəxr etdiyini söyləmək olmaz. Onlar ümumiyyətlə, söhbətin nədən getdiyini bilmir.

Günay Quluzadə