Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Piyləri ən sürətli şəkildə əridən məhsulun adı məlum oldu

  • 2024.07.26 14:44
  • 1759 Baxış
Piyləri ən sürətli şəkildə əridən məhsulun  adı məlum oldu
Arkanzas Universitetinin alimləri bir neçə növ lifin orqanizmə təsirini təhlil ediblər. Onlar arıqlamağa nəyin daha yaxşı kömək etdiyini və qan şəkərinin səviyyəsinə istənilən təsiri göstərdiyini müəyyənləşdiriblər.

Medicina.az xəbər verir ki, bu barədə material “Journal of Nutrition”da dərc olunub.

Tədqiqat çərçivəsində, buğda dekstrini, pektin və davamlı nişastaya diqqət yetirilib.

Alimlər beta-qlükanlardan və sellülozadan da istifadə ediblər. Bütün bu pəhriz lifləri mövcud bitki məhsullarından əldə edilə bilir.

Gəmiricilərlə təcrübələr aparan tədqiqatçılar yağ tərkibinə, qanda şəkərin səviyyəsinə, bağırsaq bakteriyalarına diqqət yetirib, heyvanların çəkisinə nəzarət ediblər.

Məlum olub ki, yulaf və arpadan alınan beta-qlükanlar həzm sistemində faydalı Ileibacterium bakteriyalarının sayını artırır. Belə lifin köməyi ilə orqanizm daha çox kalori sərf edir ki, bu da kilo itkisi ilə bağlı prosesləri sürətləndirir. Bu, həmçinin bağırsaqların normal fəaliyyətini təmin edir.

Mütəxəssislər vurğulayıblar ki, bu tez hazırlanan yulaf lopaları üçün keçərli olmaya bilər. Ancaq uzun müddət bişirilməsi lazım olan yulaf əzməsi bir tərəfdən artıq xolesterinin çıxarılmasına, digər tərəfdən isə arıqlamağa kömək edir.


Aysel